Logo

Tanınmış aktrisa vəfat etdi

02.02.2022 17:18 464 baxış
IMG

Tanınmış italiyalı aktrisa Monika Vitti vəfat edib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, 90 yaşlı aktrisa bu gün dünyasını dəyişib. O, ağır genetik xəstəlik səbəbindən son 20 il ərzində ictimaiyyət arasında çıxmırdı.

Qeyd edək ki, əsl adı Mariya Luisa Çeçarelli olan aktrisa 1931-ci il noyabrın 3-də Romada doğulub.

Aktrisanın ən populyar filmləri - "Macəra" (1960), "Gecə (1961), "Tutulma" (1962), "Qırmızı səhra" (1964) və "Silahlı qız" (1968) olub.

Xəbər lenti