Bu gün keçirilən Gənclər Forumunda ölkə başçısının sərəncamı ilə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, Təhsil gənclər siyasəti və gənclərlə iş,İctimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər “Gənclər üçün Prezident Mükafatı” na layiq görülüblər.
Ölkə başçısı tərəfində gənclər üçün prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq sərəncam imzalayıb. Həmin sərəncamla, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş eləcə də digər sahələr üzrə xüsusi fərqlənən şəxslər mükafatlandırılıb ki, onlardan da biri Axundova Lalə Əhməd qızıdır.
Prezident mükafatçısı, Milli Elmlər Akademiyasının Molikulyarbiologiya və Biotexnologiya İnstitutunun doktorantı Lalə Axundova təəssüratlarını Oxu.Az-ın əməkdaşı ilə bölüşüb. O bildirib ki, 2014-cü ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsi üzrə təhsil alıb:
“2017-ci ildə Hollandiyada tibbi biologiya üzrə magistratura təhsili almışam. 2018-ci ildə Molikulyarbiologiya və Biotexnologiya İnstitutuna biologiya ixtisası üzrə qəbul olmuşam. Elmi fəaliyyətimi yüksək mükafatlandırdığına görə cənab prezidentə təşəkkürümü bildirirəm. Forum yüksək səviyyədə keçirildi. Aktual mövzularda suallar səsləndirildi. Prezident gənclərin suallarını aydın və geniş şəkildə cavablandırdı”- deyə o qeyd edib.