Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə Evində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Aidə Qasımova tələbə-gəncləri təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb.
Prorektor Azərbaycan gənclərinə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəallığından danışıb.
Sonda təhsildə və universitetin ictimai həyatında fərqlənən bir qrup tələbə Fəxri Fərmanla təltif olunub.