Logo

Bakıda şagird sinif yoldaşının burnunu sındırdı

02.02.2022 19:37 1571 baxış
IMG

Bakıda məktəblilər arasında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki məktəblərdən birində qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdləri arasında düşən dava zamanı məktəblilərdən biri baş zərbəsi ilə Kənan Şabutovun burnunu sındırıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti