Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Gənclər Günü ilə bağlı tədbir keçirilib

02.02.2022 20:18 809 baxış
IMG

“2 fevral – Gənclər günü” münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsini vurğulayıb, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıraraq, gəncləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov "Peşəni sevmək uğurun yarısıdır" mövzusunda təlim keçib. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, peşə və ixtisas, peşəni sevərək seçməyin əhəmiyyəti, peşələrin növləri, Karyeranın inkişafında düzgün peşə seçiminin vacibliyi və s. haqqında geniş məlumat verib.

Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti