Logo

Bakı Ali Neft Məktəbi xarici tələbələrin gözü ilə

02.02.2022 21:52 412 baxış
IMG

Ali Hassan Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının II kursunda təhsil alır.

Tehsil.biz xəbər verir ki, o, BANM-in təqaüdünü qazanan iki pakistanlı tələbədən biridir.  

Dost və qardaş ölkədən olan tələbə deyir ki, BANM mühəndislik proqramları üzrə nüfuzlu ali təhsil ocağıdır və professor-müəllim heyəti tərəfindən yüksək səviyyədə tədris həyata keçirilir.

O, Bakı Ali Neft Məktəbinin kampusunda tələbələr üçün yaradılan şəraitdən də danışaraq bildirir ki, mükəmməl Tələbə evi, oyun meydançaları, fitnes mərkəzi və s. kimi infrastrukturu ilə burada hər cür şərait var: “Burada tələbələr dərslərdən başqa, birgə fəaliyyətlərlə də məşğul ola bilərlər. Bakı Ali Neft Məktəbindəki insanların bir-birinə qayğı göstərməsi məndə müsbət təəssürat yaradır. Burada hamı bizə çox mehriban, ailə kimi davranır. Bu da Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin bariz nümunələrindən biridir. Təqaüd qazanmış tələbə olaraq ölkəmi burada təmsil etməkdən qürur duyuram.  Hər iki ölkə üçün faydalı olacağıma ümid edirəm”.

Xəbər lenti