Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.
Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.
Aybəniz Həşimova bildirib ki, sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm!
"Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim", - Prezident İlham Əliyev qeyd edib.