Pandemiya zamanı təmassız çatdırılmaya ehtiyac artıb.
Mövcud tələbi qarşılamaq üçün Kolumbiya startapı olan “Kivi” tərəfindən hazırlanmış robot kuryerlər tətbiq edilib.
Artıq Cənubi Amerika ölkəsində verilən bir çox sifarişlər ünvanlara məhz bu robotlar vasitəsilə çatdırılır.
8 kiloqrama qədər daşıma qabiliyyətinə malik “Kivibot”lara dünya ölkələrində də tələbat artır.
Robotlara ümumi texniki qulluq və sınaq işləri isə “Kivi”nin Medellindəki ofisində aparılır.
Mənbə: TRT (Oxu.az)