Bakının Nərimanov rayonundakı Əbu Bəkr məscidində təmir işləri davam etdirilir.
Tehsil.biz xəbər verir ki, bu barədə memar Elçin Əliyev feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, rekonstruksiya olunan məscidin yeni layihəsinin müəllifi Ədalət Məmmədovdur.
Qeyd edək ki, ibadət ocağının əsası 1997-ci ildə qoyulub. Məscidin memarı sovet modernizminin görkəmli nümayəndəsi Tələt Xanlarov olub.