Logo

Daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısı tərtib edilir

03.02.2022 12:47 491 baxış
IMG

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib və təsdiq edilməsi istiqamətində işlər davam etdirilir.

AMEA-dan verilən xəbərə görə, bu məqsədlə Sumqayıt, Xızı və Siyəzən rayonları ərazisində yerləşən mövcud və yeni qeydə alınmış abidələrin saxlanılma vəziyyəti, dövrləri və əhəmiyyətlilik dərəcələrini müəyyən etmək üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq elmi əlaqələr şöbəsinin müdiri Səfər Aşurov və Abidələrin toplusu sektorunu müdiri Mikayıl Mustafayev bölgəyə ezam olunublar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişfı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov, Sumqayıt üzrə baş mütəxəssislər Məhəbbət Hüseynova, Sədi Vəliyev, Xızı rayonu üzrə baş mütəxəssis Tural Babayev və Azərbaycan Respublikası Turzim Agentliyinin “Beşbarmaq dağı tarix, mədəniyyət və təbiət qoruğu” üzrə mütəxəssisi Mirsaleh Həsənovun iştirakı ilə abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilib, dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanıb. Xızı və Siyəzən rayonlarında yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu proses respublikanın bütün bölgələri üzrə mərhələli şəkildə həyata keçiriləcək.

Xəbər lenti