Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsi (YTB) ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən bildirilib ki, Türkiyə tərəfi üzrə son müraciət fevralın 20-dək aparılacaq.
Proqram barədə əlavə məlumatla Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.