Logo

Qılıncoynatma üzrə yeniyetmələr arasında yarış keçirilib

03.02.2022 17:17 659 baxış
IMG

Qılıncoynatma üzrə yeniyetmələr arasında yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda Bakı şəhər 83 nömrəli məktəb-liseyin və 276 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

Qızların yarışında 83 nömrəli məktəb-liseyin, oğlanların mübarizəsində isə 276 nömrəli tam orta məktəbin şagirdləri qalib olub.

Sonda qaliblər medal və diplomla təltif olunublar.

Xəbər lenti