Logo

BDU-nun Jurnalistika fakültəsinin dosenti beynəlxalq simpoziumda iştirak edib

14.12.2020 18:08 474 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib. Simpozium İzmir İqtisadiyyat Universitetinin təşəbbüsü ilə Türkiyənin Kommunikasiya Dərnəyi, İletişim Fakültəsi Dekanları Şurasının (İLDEK) birgə təşkilatçılığı ilə baş tutub.

 

Dosent Təranə Mahmudova simpoziumun plenar iclasında “How new media affects traditional foundations of journalism in Azerbaijan: increasing of emotionality in news and media contents” (“Azərbaycanda yeni media ənənəvi jurnalistikanın əsaslarına necə təsir edir: Xəbərlərdə və media kontentlərində emosionallığın güclənməsi”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qloballaşma prosesinin və beynəlxalq kommunikasiyada görünən bir sıra meyillərin Azərbaycan mediasına, xüsusilə xəbərlərə təsiri barədə ətraflı məlumat verib.

 

Çıxış simpozium materialları üçün nəzərdə tutulmuş topluda dərc olunub.

Xəbər lenti