Logo

Həyata baxışınızı dəyişəcək 5 cərəyan - Siyahı

04.02.2022 10:11 477 baxış
IMG

Kulis.az “Həyata baxışınızı dəyişəcək 5 cərəyan” yazısını təqdim edir.

Fatalizm

Və ya qismətçilik. Yaşanan hər şeyin əvvəlcədən müəyyən edilmiş olmağına, heç bir gücün əvvəlcədən hər şeyi müəyyən edən gücə mane ola bilməməyinə, taleyin dəyişməyəcəyinə, alın yazısının pozulmamağına inanan bir cərəyandır. Öncədən müəyyən edilmiş bu yazını dəyişdirə bilməyən fərd azad deyildir və heç vaxt da azad olmayacaqdır. Dolayısıyla məsuliyyət deyilən konsepsiya ortadan qalxır. Azad deyiləmsə, hər şeyi mənim üçün yazıblarsa, məsuliyyətli də olmağıma ehtiyac yoxdur. İslam dininə inanan insanlarda sıx görüləcək bir şeydir. Böyüklərimiz fəlsəfi adını bilməsələr də, buna inanırlar. Düşünün ki, nənəniz fatalistdir. Qəribədir. Misal olaraq, o dini mesajları heç kimə göndərmədik deyə bu gündəyik.

Fatalism Painting by Mountain Dreams

Holizm

Bütün parçaların (söz birləşməsi kimi oxumayın. Bütün: tam, vahid) toplamından çoxdur. Yəni 1+1=2. Həqiqət bütündür. Öyrəndikcə insanı həyəcanlandıran bir cərəyandır. Hər şeyin parçalarda birləşməsi ilə yaranması yox, parçaların içinə baxmağı insana öyrədir. Üstəlik ruh və bədəni ayırmır və bunların bütövlükdə insanı əmələ gətirdiyini qeyd edərək, insanı parçalarından (yəni duyğu, intuisiya, ağıl, çatışmazlıq və s) daha üstün varlıq hesab edir.

Juche (Cuçe)

Hazırda Şimali Koreyanın rəsmi dövlət ideologiyasıdır. Əsasən, tərcümə olunmur, amma bir çox məqalədə "özünə davamlılıq" kimi çevrilir. Qısacası, insan taleyinin ağasıdır. Gördüyünüz kimi, fatalizmə əks bir cərəyandır. Yəni insan artıq sosial şərtlər tərəfindən zəncirlənmiş deyil və özünün, təbiətin sahibidir. Juche təqvimi deyilən bir şey də var. Şimali Koreyada bu təqvim istifadə olunur. Liderləri Kim İl Singun doğum tarixi olan 1912-ə "Juche 1" deyirlər. Hazırda şimali koreyalılar "Juche 108" ilindədirlər.

Juche Tower: Tower of Juche Ideology - Pyongyang — Young Pioneer Tours

Sunyata

Buddizmin təməli olan bu cərəyan həqiqətdə hər mürəkkəb şeyin boş, insansız, keçici olduğunu və zorla edildiyini bildirən fəlsəfi sistemdir. "Ortanın yolu" da deyirlər. Əsas prinsipi boşluqdur. İnsan boşluqdur, boşluq isə insan. Yəni həqiqi şeylərlə, həqiqi olmayan şeyləri bir birindən ayırmayan bir cərəyandır. Boşluğun mərkəzinə özünüzü qoyanda, mükəmməl bom-boş bir şey çıxır ortaya.

The Luminous: Blazing in the Fires of Sunyata | The Buddhist Centre

Kollektivizm

Bir cümlə ilə: “Hamınıza nifrət edirəm, amma tək başıma da canım sıxılır”.

Kollektivismus Stock Illustrationen, Vektoren, & Kliparts - 27 Stock  Illustrationen

Xəbər lenti