Logo

"Ən azı 2-3 həftəlik məktəblər bağlanmalıdır" - Ekspert

04.02.2022 11:12 1589 baxış
IMG

"Omicron" virusunun yayılma dairəsinin geniş olmasını, yoluxma sayında ciddi artımı nəzərə alaraq ən azı 2-3 həftəlik məhz təhsil sahəsi üzrə qapadılmaya gedilməlidir”.

Tehsil.biz xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, ölkədə gündəlik yoluxma sayı 6 mini keçib. Ancaq ümumtəhsil müəssisələrində dərslər davam edir, heç bir önləyici tədbir alınmır:

“Əvvəllər yenə də məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda təhsil müəssisələrində yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur. Bəli, anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma bəs axı ölənlər də var. 2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə 2 milyondan çox təhsil sahəsinə bağlı olan şəxsləri təhlükəyə atmaq lazım deyil. Ən azı 2-3 həftəlik təhsil müəssisələrinin qapadılması vacibdir. Çünki, artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək”.

Xəbər lenti