Logo

269 nömrəli məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub - HƏYƏCAN TƏBİLİ

04.02.2022 11:33 1056 baxış
IMG

Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub.

Bu barədə Milli.Az-a valideynlər məlumat veriblər. 

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər. 

Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 205 sinif distant təhsildədir. Məsələnin diqqətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artaraq gündəlik 6 min nəfəri keçib. 

Xəbər lenti