Logo

Gəncədə məktəb distant tədrisə keçib

04.02.2022 12:47 485 baxış
IMG

Gəncədə orta məktəb koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.

Bu barədə apa-ya Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev xəbər verib.

Onun sözlərinə görə, Gəncə şəhər 4 nömrəli Mehdi Mehdizadə adına tam orta məktəbin 5 şagirdin və 6 müəllimin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən məktəbdə dərslərin 1 həftə distant formada keçirilməsinə qərar verilib.

Xəbər lenti