Logo

ARTİ tərəfindən metodik dəstək göstərilən məktəblər

04.02.2022 16:47 353 baxış
IMG

ARTİ-nin direktoru Rüfət Əzizovun iştirakı ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları ilə  Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin rəhbər və pedaqoji işçiləri arasında 3 fevral 2022-ci il tarixində görüş keçirilib.

Görüşdə TKTA tərəfindən keçirilmiş keyfiyyət monitorinqinin nəticələrinə dair hesabat təqdim olunub. Hesabatda məktəbin ümumi fəaliyyəti, şagirdlərin nailiyyətləri və şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin (infrastruktur, mənəvi-psixoloji mühit, təhlükəsizlik) yaradılması və məktəbdə idarəetmənin keyfiyyəti üzrə monitorinq nəticələri diqqətə çatdırılıb, MDPİM əməkdaşları tərəfindən məktəbə metodik dəstəyin göstərilməsi məsələsi müzakirə olunub.

Məktəbə göstəriləcək metodik dəstək prosesində məktəbin inkişaf proqramının hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məktəbin müəllim və metodbirləşmə rəhbərləri ilə fərdi və kollektiv söhbətlərin aparılması, dərsdinləmə proseslərinin təşkil olunması, müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti