Fevralın 4-də media nümayəndələrinin iştirakı ilə Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
Tehsil.biz xəbər verir ki, mediaturun məqsədi məktəbdə yaradılmış şəraitlə tanış olmaq, müxtəlif məzmunlu dərsləri izləməkdən ibarətdir. Mediaturun sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə 800 şagird təhsil alır.
Üç mərtəbəli təhsil müəssisəsində 31 sinif otağı, informatika kabineti, laboratoriya, müəllim otağı, elektrik otağı, həkim otağı, texniki otaq, kitabxana və oxu zalı, 160 yerlik bufet, 180 nəfərlik akt zalı, qəbul otağı, qarderob və 24 sanitar qovşağı var.
Məktəbin 2 emalatxanasında tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. 2 idman zalı zəruri avadanlıqla təchiz edilib.
Qeyd edək ki, son 10 ildə Gəncə şəhərində 12 məktəb əsaslı təmir edilib.