Logo

Beynəlxalq Muğam Mərkəzində “Detaşe” violin ifaçıları ansamblının konserti keçirildi

04.02.2022 17:28 515 baxış
IMG

Mədəniyyət Nazirliyi tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi proqramları davam edir. Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Detaşe” violin ifaçıları ansamblının konserti keçirilib.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, əvvəlcə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti Zəhra Quliyeva bədii rəhbəri olduğu “Detaşe” ansamblının yaranma tarixindən söz açaraq deyib ki, ölkəmizdə yaradıcı gənclərə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ansamblda BMA-nın tələbələri və Prezident təqaüdçülərinin çıxış etmələri bunun bariz nümunəsidir. Xalq artisti çıxışının sonunda konsertin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Sonra konsert proqramı təqdim olunub. Ansamblın və solistlərin – Prezident təqaüdçüsü Zərrin Əliyeva, BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadənin çıxışları alqışlarla qarşılanıb. İfaçıları pianoda Səbinə Muradova müşayiət edirdi. Proqrama Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil edilib.

Qeyd edək ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır.

Xəbər lenti