Logo

Bakıda məktəbdə istiliyin verilməsində fasilə yaranıb

04.02.2022 19:13 480 baxış
IMG

Sosial şəbəkələrdə Bakı şəhəri 104 nömrəli tam orta məktəbdə siniflərdən birində istiliyin verilməməsi ilə bağlı məlumat yayılıb. Məlumatda valideyn övladının oxuduğu sinfin soyuq olmasından şikayətlənib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin binası mərkəzləşdirilmiş qaydada “Azəristiliktəchizat” ASC tərəfindən təmin edilir:

“Ərazidə müxtəlif vaxtlarda istilik xətlərində qəza baş verdiyindən istiliyin verilməsində müxtəlif məhdudiyyətlər olur. Hazırda məktəb istiliklə normal qaydada təmin edilir”.

Qeyd edilib ki, şikayət edilən sinif 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikilmiş korpusda yerləşir:

“İstiliklə zəif təmin olunan sinfin şagirdləri məktəb rəhbərliyi tərəfindən digər sinif otağına köçürülüb” – deyə əlavə edilib.

Xəbər lenti