Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları valideyni olmadan evdə nəzarətsiz qalan azyaşlıya dəstək olmaq arzusunu bildirən qonşu – İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Elnarə İbrahimova ilə görüşüb.
Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.İbrahimovanın həssas yanaşmasının hər bir vətəndaş üçün örnək davranış nümunəsi olduğu qeyd edilib və təşəkkürnamə təqdim edilib.
Dövlət Komitəsi azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi, alimentin ödənilməsi ilə bağlı müvafiq tədbirlər görür.