Logo

Bakıda orta məktəbin divarını kim söyüşlərlə "bəzədi"? - VİDEO

04.02.2022 20:40 615 baxış
IMG

Paytaxtın əksər küçələrinin divarlarını bax bu cür anlaşılmaz yazılar və qeyri-etik ifadələr bəzəyir. Düzü, bu yazılara çox yerdə rast gəlsək də, bəzən fikir vermirik. Ancaq bizim diqqətimizi çəkən məqam isə bu cür yazı olan divarın məktəb binasına aid olmasıdır.

Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, bəlkə də divarları yazanlar düşünürlər ki, etdikləri hərəkətlər insanlar tərəfindən bəyənilir. Ancaq bu, heç də belə deyil. Çünki heç kim yaşadığı ərazi, qəsəbə və ya şəhərdə bu cür qeyri-etik ifadələrlə, təsvirlərlə qarşılaşmaq istəmir.

Yəqin ki, belə yazıları yazan şəxslər etdiyi hərəkətlərə görə məsuliyyət daşıdıqlarından da xəbərsizdirlər, özü də qanun çərçivəsində.

Hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, yaşayış məntəqələrinin divarlarında, dayanacaqlarda və buna oxşar bir sıra ictimai yerlərdə yazı və ya hansısa təsvirin qeyd olunması inzibati məsuliyyəti daşıyır.

Qanun yetkinlik yaşına çatmayan şəxslərə yanaşmada bir qədər fərqlidir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən sorğumuza cavab olaraq bildirildi ki, bu cür yazı və təsvirlər qeyd olunmuş divarlar xüsusi vasitələrlə mütəmadi yuyulub, təmizlənir. İnfrastruktura daha ciddi zərər vurulduqda isə hüquq mühafizə orqanlarına müraciət olunur.

Xəbər lenti