Logo

Növbəti "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də açıqlanacaq

04.02.2022 22:22 671 baxış
IMG

94-cü “Oskar” mükafatı laureatlarının adı fevralın 8-də canlı yayımla Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəsmi tviter səhifəsində açıqlanacaq.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, ümumilikdə 23 nominasiya üzrə qaliblərin adını aktyorlar Tracee Ellis Ross və Leslie Jordan səsləndirəcək.

Martın 27-də baş tutacaq rəsmi mükafatlandırma mərasiminin isə aparıcısı hələlik məlum deyil.

Builki “Oskar” namizədlərinin müəyyən edilməsi üçün keçirilən səsvermə akademiyanın tarixində ən yüksək fəallığı ilə fərqlənib. Ümumilikdə 9500 üzvdən 9487-si səsvermədə iştirak edib.

Xəbər lenti