Tanınmış qazax yazıçısı və tərcüməçisi Abdijamil Nurpeisov 97 yaşında vəfat edib.
Tehsil.biz Kulis.az-a istinadən xəbər verir ki, bu barədə respublika parlamentinin deputatı Janarbek Aşimjanov məlumat verib.
Qeyd edək ki, onun “Qan və tər” tarixi trilogiyası 1974-cü ildə SSRİ Dövlət mükafatına layiq görülüb. O, Anton Çexovun, Maksim Qorkinin hekayələrinin və başqa yazıçıların əsərlərini qazax dilinə çevirib.