Logo

Seçicilərinin sevimlisi, gənclərin dostu - Deputat İlham Məmmədov

06.02.2022 22:22 649 baxış
IMG

Yevlax sakini və ictimai fəal kimi Milli Məclisin deputatı İlham Məmmədov ilə birlikdə bir çox rayon tədbirlərində, vətəndaşlarla görüşdə dəfələrlə iştirak etmişəm. Hər dəfəsində İlham müəllimin seçiciləri tərəfindən böyük sevgi ilə qarşılandığının şahidi olmuşam. Təbii ki, xalqın sevgisini qazanmaq asan məsələ deyil. Ancaq deputat İlham Məmmədov uzunmüddətli məhsuldar fəaliyyəti ilə bunu bacarıb. Fəaliyyəti dövründə həmişə vətəndaşların müraciətlərinə operativ reaksiya verən Yevlaxlı deputat daim seçicilərin rəğbətini qazanıb. Görüşlərdə vətəndaşların ona qarşı olan sevgi dolu münasibəti mənə İlham müəllimin əsl ziyalı olduğunu əyani şəkildə göstərirdi. 

Deputat İlham Məmmədov Milli Məclisdəki fəaliyyəti ilə də həmişə nümunə olmuşdur. O, bir çox rəsmi səfərlərdə, ölkəxarici və ölkədaxili fəaliyyətində ölkə rəhbərliyinin yürütdüyü siyasəti layiqincə təbliğ edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi irsə sadiqliyini nümayiş etdirmişdir. Ona tapşırılan bütün işlərin üstəsindən uğurla gələn İlham Məmmədov Azərbaycan cəmiyyəti tərəfindən ictimai-siyasi xadim kimi qəbul edilmişdir. Bundan başqa İlham müəllim daim gənclərə böyük dəyər verərək onları narahat edən məsələlər ilə maraqlanmış, bütün problemlərin aradan qaldırılması üçün müxtəlif addımlar atmışdır. Eyni zamanda Yevlaxlı deputat şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində cənab prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin Yevlaxda layiqli tətbiq edilməsi sahəsində böyük uğurlar əldə etmişdir. Məhz bunun nəticəsi kimi o, şəhid ailələrinin və qazilərin sevgisini qazanmışdır. 

Mən Azərbaycan gəncliyinin nümayəndəsi kimi ömrünün böyük bir hissəsini vətənimizə, xalqımıza və dövlətimizə xidmət etməyə sərf edən, öz şərəfli və ləyaqətli xidməti ilə hər kəsə örnək olan dəyərli ziyalımız, hörmətli deputatımız İlham Məmmədova uzun ömür can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıram. Azərbaycanın gələcəyini quracaq gənclərə öz fəaliyyətlərində dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan İlham Məmmədov kimi ziyalıları özləri üçün örnək götürmələrini tövsiyə edirəm. 

Anar Salehoğlu,
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal

Xəbər lenti