Logo

Əli Vəkil vəfat etdi

07.02.2022 16:30 520 baxış
IMG

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-publisist, diktor Əli Vəkil dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza feysbuk hesabında yazıb.

Məlumata görə, şair 83 yaşında Bakıda vəfat edib.

Qeyd edək ki, Ə. Vəkil 1938-ci il iyunun 10-da Ermənistanın Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində anadan olub. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb, daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər baş redaksiyasında, eləcə də müxtəlif jurnal redaksiyalarında çalışıb.

Xəbər lenti