“eTwinning Azərbaycan” layihəsi çərçivəsində şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə elan olunur.
Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqənin icra müddəti 28 fevral tarixinədək davam edəcək.
İstənilən yaş qrupuna aid olan şagirdlər “Mənim Böyük İdeyam” (“My Big Idea”) mövzusunda təqdimatlar hazırlayaraq müsabiqəyə fərdi və ya komanda şəklində müraciət edə bilər. Müsabiqəyə müraciət etmək üçün şagirdlər gündəlik rastlaşdığı bir problemi taparaq həmin mövzuda araşdırma aparacaq. Aşkar etdikləri problemi süni intellektdən və ya müasir texnologiya vasitələrindən istifadə edərək həlli yolunu təqdim edəcəklər. Şagirdlərin təklif etdikləri həll yeni bir innovasiya və ya ideya olmalıdır. Müsabiqə üçün təqdim edilən həll cəmiyyətə innovasiyanın gələcək üçün həyatı necə yaxşılaşdıracağını göstərməlidir.
Real dünya problemlərinin öhdəsindən gələ bilmək üçün şagirdlər rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemləri həlletmə bacarıqlarını nümayiş etdirmiş olacaqlar.
Layihə təklifləri videoçarx, təqdimat, esse və s. formatlarından birində ola bilər.
Müraciət zamanı təqdim olunan material aşağıda qeyd olunan meyarlara cavab verməlidir:
Qeyd edək ki, müraciət etmək istəyənlərdən təqdimatlarını 28 fevral 2022-ci il tarixinədək [email protected] ünvanına e-poçt vasitəsilə göndərmələri xahiş olunur.