Azərbaycanın əməkdar rəssamı, professor Fikrət Həşimov bu gün dünyasını dəyişib.
Bu barədə Qaynarinfo.az-a professorun qardaşı AMEA Rəyasət Heyətinin birinci vitse-prezidenti Arif Həşimov məlumat verib:
“Heç özümüz də bilmirik nədən rəhmətə getdi”, - deyə mərhumun qardaşı əlavə edib.
Qeyd edək ki, Həşimov Fikrət Məmməd oğlu Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru idi.