Logo

Tullantı materiallarına yeni həyat verən Göyçay sakini - VİDEO

08.02.2022 14:34 473 baxış
IMG

Göyçay sakini tullantı hesab edilən dəmir və metal qırıntılarından müxtəlif cür məişət əşyaları düzəldərək onları yenidən həyata qaytarır.

Rayonun İnçə kənd sakini Əkbər Mehdiyev istifadə üçün yararsız olan dəmir, polad məmulatlarından məişətdə və kənd təsərrüfatı işlərində lazım olan alətlər hazırlayır. Sənətkarın hazırladığı bu alətlər həyətyanı sahələrdə tez-tez istifadə edilir.

Onun sözlərinə görə, bu alışqanlıq hələ gənc yaşlarından yaranıb. Atasının ona bağışladığı odun mişarını təmir etməsi ilə ömrünü həsr edəcəyi ustalıq işinin əsasını qoymuş olur.
Lazımsız metal və taxta parçalarından düzəltdiyi əşyaları satmaqla gəlir əldə edən sənətkar gördüyü işdən zövq aldığını deyir.

Əkbər Mehdiyev həm də müəllimdir. Asudə vaxtlarını isə bu işinə sərf edir. Dediyinə görə, uzun illər işinin bəhrəsini görəndən sonra bu sahəyə daha da marağı artıb, fəaliyyətini də genişləndirib. Kənd sakinlərindən tutmuş, yaxın rayonların bazarlarına qədər, hətta İsmayıllının Lahıc qəsəbəsinə gələn turistlərə hazırladığı əşyalardan satış edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti