Logo

Paleontoloqlar başında beyni əvəzinə ifrazat olan fosilləşmiş balıq tapıblar - Foto

08.02.2022 15:45 511 baxış
IMG

ABŞ-ın Merilend ştatında, Kalvert-Kliffs Parkında qazıntılar zamanı paleontoloqlar başı koprolitlərlə - qalıqlaşmış nəcislə dolu fosil balıq qalıqları tapıblar.

Müasir dəniz inəklərinin qohumu olan qədim “Astroscopus countermani” balıqlarının başındakı ifrazat toplarının eni 2 mm və uzunluğu 5 mm-ə çatır. Elm adamları bunun leşyeyənlərin, çox güman ki, qurdların ifrazatı olduğunu düşünürlər.

“Kiçik fosillər keçmiş haqqında çox şey deyə bilər. Hər bir fosil növünün öz tarixi var, o, digər məlumatları tamamlayır, bizə antik dövrün daha dəqiq mənzərəsini yaratmağa kömək edir. Bütün bu fraqmentlər Yer üzündə həyatın inkişaf tarixini yenidən qurmaq üçün lazımdır”, - paleontoloq Alin Gilardi alimlərin koprolitlərə olan marağının səbəbini izah edib.

 

Mənbə: NOJ

Xəbər lenti