Logo

BDU aliminin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

15.12.2020 13:50 508 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu məqalə Clarivate Analitics Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub. “Non-sterile corn steep liquor a novel, cost effective and powerful culture media for Sporosarcina pasteurii cultivation for sand improvement” (“Qeyri-steril qarğıdalı ekstraktı qumun xassələrini yaxşılaşdıran Sporosarcin pasteurii bakteriyasını becərmək üçün yeni səmərəli qidalı mühitdir”) adlı məqalə Journal of Applied Microbiology jurnalında yayımlanıb. 2020, p.1-13 (IF-3,066)

 

Mikroorqanizmər vasitəsilə CaCO3 duzunun çökdürülməsi torpağın biobərpası metodlarından biridir. Məqalədə Sporosarcina pasteurii bakteriyasını iqtisadi cəhətdən səmərəli qeyri-steril qarğıdalı ekstraktında becərməklə yüksək ureaza aktivliyinə malik biokütlənin alınması və onun qumun xassələrinin yaxşılaşdırılması üçün tətbiq imkanları qiymətləndirilib.

 

Məqaləni oxumaq üçün aşağıdakı linkə keçid edin:

 

https://sfamjournals.onlinelibrary.wiley.com/doi/abs/10.1111/jam.14866

Xəbər lenti