İki həftə əvvəl koronavirusa görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.
Bu barədə “Tehsil.biz"ə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
O, teatrın fevralın 7-də açıldığını bildirib.
“Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik. Fevral ayında ilk tamaşa ayın 11-də oynanılacaq. Daha sonra isə cari repertuar əsasında tamaşalar normal şəkildə davam edəcək", - Cavid Zeynallı qeyd edib.
Fəqan Əzimli