“Microsoft”un qurucusu, milyarder Bill Qeyts “Növbəti pandemiyanın qarşısını necə almalı” adlı kitab yazıb. Kitab bu ilin mayında işıq üzü görəcək.
Kitabın yazılması zərurətindən bəhs edən edən Qeyts öz şəxsi bloqunda bu barədə bildirib: “Mən bu kitabda nəinki gələcəkdə pandemiyaları dayandırmaq, həm də bu prosesdə bütün dünyada insanların sağlamlığı naminə səhiyyə sistemini təkmilləşdirmək üçün atacağımız konkret addımları təsvir edirəm. Eyni zamanda, pandemiyadan çıxaracağımız dərsləri, insanların həyatını xilas etmək üçün lazım olan yenilikləri qeyd edirəm.
“Microsoft”un yaradıcısı koronavirus pandemiyasının inkişafının qarşısını alınması üçün mümkün ssenarilər haqqında fikirlərini kitabda oxucuları ilə bölüşəcək.