Şəhid İsizadə Elvin Azim oğlunun xatirəsinə həsr olunmuş rayonlararası futbol turnirinin final oyunu keçirilib.
Tehsil.biz xəbər verir ki, oyunu Ağdam rayon Təhsil şöbəsinin müdiri Tahir Abbasov, şəhid İsizadə Elvinin valideynləri, digər şəhid ailələri, qazilər, ictimaiət nümayəndələri və futbolsevərlər izləyib.
Öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi. Finalda Ağdam rayonunun Qaradağlı kənd və Ağcəbədi rayonunun Sarıcalı kəndlərini təmsil edən futbol komandaları qarşılaşıb.
Oyun Qaradağlı kənd futbol komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. I yerə çıxan Qaradağlı kənd futbol komandasının üzvləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medallar və fəxri fərmanla, II yeri tutan Ağcəbədi rayonunun Sarıcalı kənd futbol komandasının üzvləri isə fəxri fərmanla təltif ediliblər.