Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir.
Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib.
Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
Hal hazırda ATU-nun stomatologiya fakültəsinin nəzdində 6 kafedra fəaliyyət göstərir: Ortopedik stomayologiya, Uşaq stomatologiyası, Ağız üz-çənə cərrahiyyəsi, Terapevtik stomatologiya, Qulaq,burun və goğaz xəstəlikləri və Xarici dillər kafedraları.