Logo

Dövlət Komitəsinin sədri İlahiyyat İnstitutunu təbrik etdi

09.02.2022 14:15 568 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının 4 illi münasibətilə təbrik edib.

Tehsil.biz xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından dörd il ötür.
Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində peşəkar kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılıb. 
Azərbaycan İlahiyyat İnstitutu dünya standartlarına cavab verən, yüksək təhsil imkanları təqdim edən, dərin dünyəvi və dini biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından ötən müddət ərzində mühüm nailiyyətlərə imza atıb. Tədris prosesinin ölkəmizdə və xaricdə elmi dərəcələrə yiyələnmiş yüksəkixtisaslı kadrlar tərəfindən aparılması, beynəlxalq mübadilə proqramları, yerli və xarici ölkə universitetləri ilə imzalanan ikitərəfli əməkdaşlığa dair memorandumlar və s. tədbirlər İlahiyyat İnstitutunun tanınmasına və mövqeyinin möhkəmlənməsinə təkan verib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi və rəhbərliyi adından İnstitutun müəllim və tələbə heyətini təbrik edir, fəaliyyətində uğurlar arzulayıram".

Xəbər lenti