Logo

Axıcanlı məktəbinin yeni binasının açılış olub

09.02.2022 15:11 517 baxış
IMG

İmişli rayonu Axıcanlı kənd S. Məmmədov adına tam orta məktəbinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, müdir müavini Vahid Tağıyev,  məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.   

Mərasimdən əvvəl Elçin Rzayev məktəbin qarşısında şəhid Süleyman Məmmədovun xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad  ediblər.  

Açılış mərasimində çıxış edən icra başçısı məlumat verərək bildirib ki, Axıcanlı kənd tam orta məktəbinin əvvəlki binası 1972-ci ildə inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirilən islahatlar Axıcanlı kənd tam orta məktəbinin həyatında da mühüm rol oynayıb. Belə ki, yeni modul tipli məktəb binası inşa olunub, şagirdlərin istifadəsinə hazırdır. 

Sonra tədbir iştirakçıları məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitlə tanış olublar.            

Xatırladaq ki, fəaliyyətə başlayan modul tipli məktəb 132 şagird yerlikdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.  

Xəbər lenti