Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində yaradılan Dil Mərkəzi fəaliyyətə başlayıb.
Məqsəd yerli və əcnəbi tələbələrin karyerada inkişaf perspektivlərini artırmaları üçün əlavə dil öyrənməyə (xüsusilə ingilis dili) artan maraq və istəklərinin nəzərə alınmasıdır. Mərkəzdə AzTU tələbələrinə 10 dildə (Azərbaycan, ingilis, rus, ispan, italyan, fransız, portuqal, alman, ərəb və çin) ümumi və işgüzar dilin öyrənilməsinin peşəkar və qabaqcıl variantları tədris ediləcək.
Mərkəzdə 10 dildə tərcümə xidmətləri də göstərilir. Buranın digər vacib missiyalarından biri də universitetdaxili mədəni-kütləvi tədbirlərin keçirilməsi və təşkilatçılığı vasitəsi ilə əcnəbi tələbələrin bir-biriləri arasında körpü salma imkanlarını yaratmaqdır.
Mərkəzin fəaliyyəti haqqında daha ətraflı məlumat almaq üçün müraciət və suallarınızı [email protected] elektron ünvanına yollaya və ya (+99412) 539 11 25 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.