Logo

Macarıstanda təqaüd proqramına müraciət davam edir

10.02.2022 10:46 381 baxış
IMG

Macarıstanda 2022-2023-cü tədris ili üzrə təqaüd proqramına müraciətlərin qəbulu prosesi davam edir.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub.

Təqaüd proqramı Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən birgə elan edilib. Proqram qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistr pilləsini özündə ehtiva edir.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Xəbər lenti