Sözügedən məktəbli və ailəsi hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətində saxlanılır.
Bu barədə Oxu.Az-a ərazi üzrə icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından məlumat verilib.
Bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:
“Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsiz yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb.
Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb. Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük.
Sözügedən hadisə barədə də İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə bütün tədbirlər görülüb. Məsələyə çox ciddi yanaşılır. Uşaq psixoloqların nəzarətindədir. Ailə də nəzarətdədir. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Bakıda orta məktəbdə yeddinci sinif şagirdi olan qızın özünü məktəbin binasından atmaq istəməsi barədə məlumat vermişdik.
Həmçinin oxuyun: Bakıda qız şagird özünü məktəb binasından atmaq istədi