Logo

İmişlidə yeni modul tipli məktəb istifadəyə verildi

10.02.2022 14:48 948 baxış
IMG

İmişli rayonunun Məmmədli kəndində yeni modul tipli məktəb istifadəyə verilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Timişli RTŞ-nin müdiri Ələmdar Quliyev, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. 

Mərasimdən əvvəl Elçin Rzayev məktəbin qarşısında şəhid Mirzə Mirzəyevib xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad  ediblər. 

Açılış mərasimində Elçin Rzayev müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, qeyd edib ki, Məmmədliı kənd tam orta məktəbinin əvvəlki binası 1988-ci ildə inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Şagirdlərimizin belə müasir məktəbdə çox yaxşı oxumalarını, cəmiyyətə layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişmələrini vurğulayaraq bunun üçün təhsil ocağında hər cür şərait yaradıldığını bildirib.

Məktəbin direktoru Bayram Bayramov Məmmədli kəndində yeni məktəb binasının istifadəyə verilməsini valideynlərin, şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Yeni istifadəyə verilən modul tipli ibtidai məktəb 96 şagird yerlikdir. Məktəbdə  9 sinif otağı, müəllimlər otağı, kitabxana, istilik sistemi, sanitar qovşağı istifadəyə verilib və həyətində abadlıq işləri aparılıb.

Açılış mərasimindən sonra tədbir iştirakçıları məktəbdin yeni binasında təlim və tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitlə tanış olublar. 

Xəbər lenti