Logo

DİN məktəblinin quldurluğa məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

10.02.2022 16:14 677 baxış
IMG

Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq döyülüb mobil telefonunun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb. 

Bu barədə "Tehsil.biz"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbli atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib. 

Nazirlikdən, həmçinin qeyd olunub ki, polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlədildiyi yerdən aşkarlanıb.

Xəbər lenti