Logo

Texnologiya Universitetində dekan vəzifəsinə seçki keçirilib

10.02.2022 18:32 858 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsinin dekanı vəzifəsinə seçki keçirilib. 

Tehsil.biz xəbər verir ki, bu gün baş tutan seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib. 

Gizli səsvermənin nəticəsinə əsasən dosent Mehman Telman oğlu İsmayılov Qida mühəndisliyi fakültəsinin dekanı vəzifəsinə seçilib. 

Mehman İsmayılov Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” İnstitutunda baş laborant (2004), Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında elmi işçi (2009-2010), Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsullarının mühəndisliyi və ekspertiza  kafedrasında baş müəllim, dosent əvəzi, dosent (2013-2017) vəzifələrində çalışıb.

2010-2021-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru vəzifəsində işləyən M. İsmayılov 2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza  kafedrasında əvəzçiliklə dosent, 2021-ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsullarının mühəndisliyi və ekspertiza  kafedrasında dosenti vəzifələrində çalışır.

42 elmi əsərlərin, o cümlədən 5-i xaricdə olmaqla, 1 dərs vəsaiti, 1 tövsiyənin, 10 dərs proqramının, 4  patentin və müəlliflik şəhadətnaməsinin müəllifidir.

Ailəlidir, 4 övladı var.

Xəbər lenti