Yaponiya və Dünya Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün Amerika, Avropa, Afrika, Okeaniya və Yaponiyanın 26 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin magistratura səviyyəsində təhsili məqsədilə birgə həyata keçirilən təqaüd proqramına sənəd qəbulu elan edilib.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciət üçün son tarixlər 28 fevral və 27 may 2022-ci il nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.