Logo

Məktəb tikintisində işləyən şəxslər pullarını ala bilmirlər - Video

11.02.2022 16:35 427 baxış
IMG

Lerikdə tikilən modul tipli məktəbin tikintisində çalışan 10-a yaxın şəxs 2 ilə yaxındır ki, onlara ödənəcək əməkhaqlarını ala bilrmilər. Pullarını nə zaman alacaqları ilə bağlı tikintini aparan şirkətə dəfələrlə  müraciət etsələr də onlara  vədlərdən başqa heç nə verilməyib. Lerikə yollanan Xəzərxəbər əməkdaşları işçilərin haqqının niyə verilmədiyini araşdırıb.

Son illər ucqar kəndlərdə  qəzalı vəziyyətdə olan ümumtəhsil məktəblərinin bir çoxu modul tipli məktəblərlə əvəz olunur. Belə təhsil ocaqlarından biri də  2020-ci ilin avqust ayında  Lerik rayonu Loda kəndində inşa olunan modul tipli məktəbdir. 

Məktəb keçmiş "PDL" MMC,  indiki adı isə "Modenko" MMC-tərəfindən ucqar dağ kəndində  inşa olunub. İstifadəyə verilməsinə  az qalmış tikintini icra edən şirkətin iş icraçısı 10-a yaxın işçiyə ödəniləcək əmək haqqını ödəməyib.

Əmək haqlarını ala bilməyən işçilər dəfələrlə aidiyyatı qurumlara  müraciət etsələr də, onlara cavab verən tapılmayıb.

Vətəndaşların müraciətindən sonra şirkətdən bildirilib ki, sizə pulları rəhbərlik edən şəxs ödəməlidir. Xəzərxəbər adıçəkilən tikintinin iş icraçısı Vüqar Zeynalovla əlaqə saxlayıb. O bildirdi ki, məktəbi təhvil vermədiyi üçün ona verilməli olan pulu şirkətdən ala bilməyib. Bu səbəbdən də tikintidə işləyənlərin haqqını  hələ də ödəyə bilmir.

Vətəndaşlar isə bildirir ki, haqqlarını ala bilməsələr, hüquq mühafizə orqanlarına müraciət edəcəklər.

Xəbər lenti