Logo

Bir ilin beş günə bərabər olduğu planet aşkar edildi

12.02.2022 09:23 744 baxış
IMG

Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopuyla işləyən alimlər qrupu Proksima Sentavr sistemində ekzoplanet tapıblar.

Yerə bənzər səma cisminin heyrətamiz cəhəti ondan ibarətdir ki, burada bir il cəmi beş gün davam edir.

Planetə “Proxima Centauri d” adı veirlib. O, Günəşdən, təxminən 4 milyon km aralıqda yerləşir. Müqayisə üçün qeyd edək ki, bu, Merkuri ilə Günəş arasındakı məsafədən xeyli azdır.

“Proxima Centauri d”nin kütləsinin Yerin kütləsinin təxminən 0,26-sı olduğu bildirilir.

Alimlər hesab edirlər ki, planetin yarısında həmişə gecə, digərində isə gündüz olur.

Mənbə: ferra.ru

Xəbər lenti