Logo

Bu məktəbin binası qəzalı vəziyyətdədir - Müəllim və şagirdlərin həyatı üçün təhlükə var - VİDEO

12.02.2022 13:49 670 baxış
IMG

Ağsu rayonu, Kəndoba kənd şəhid Rafiq Hüseynov adına tam orta məktəb təhlükəli vəziyyətdəddir.

"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, məktəbin pəncərələri kustar üsulla bərkidilib, binanın dam örtüyü demək olar ki, yararsızdır. Bir sözlə, yüzlərlə şagirdin dərs keçdiyi bina təhlükə mənbəyidir.

Müəllimlər və şagirdlər çətin şəraitdə və qorxu içərisində dərs keçdiklərini bildirirlər. Məktəb illərdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq burda təhsil almaq müşkül vəziyyətə çevrilib.

Vəziyyətdən narahat olan həm də valideynlərdir. Onlar deyir ki, məktəb binasının hər tərəfindən içəri soyuq hava daxil olur.

Qarlı-şaxtalı havada uşaqların sağlamlığı da ciddi təhlükə altına düşür. Çarəsiz qalan müəllim və şagird kollektivi məktəbin bərpa ediləcəyini,  yaxud da yeni məktəb binasının tikiləcəyi günü gözləyir.

Ağsu Rayon Təsil Şöbəsindən verilən məlumata görə, Kəndoba tam orta məktəbinin qəzalı vəziyyətdə olduğundan məlumatlıdırlar.

Xatırladaq ki, Kəndoba tam orta məktəbi 1981-ci ildə inşa olub.  Məktəbdə 65 sinif var, 240 şagird təhsil alır və 25 müəllim işləyir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti