Logo

Qənirə Paşayeva gənc rəssamlarla görüşdü

12.02.2022 20:16 553 baxış
IMG

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssamla görüşüb, onların yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb.

Kult.az xəbər verir ki, gənc rəssamları düşmən üzərində tarixi zəfərimizi, azad edilmiş torpaqlarımizda quruculuq işlərini öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva özünəxas ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, rəssamlara uğurlar arzulayıb.

Görüşdə iştirak edən Emin Qəhrəmanov, Günel Rabilova, Elşən Karaca, Safura İbrahimova, Elçin Yəhyayev və xalçaçı rəssam Arzu Zeynalova səmimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib.

Görüşdə iştirak edən RHİM İB sədri Arzu Bağırova da rəssamlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Xəbər lenti