Logo

"Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib - Fotolar

13.02.2022 11:38 1030 baxış
IMG

Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında yazıçı-publisist Təranə Cəbiyeva və Qubat Bağırovun "Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.

12 fevral 2022-ci ildə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xəzər Rayonu Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov, Prezident mükafatçısı, şair-publisist, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalı, Vətən müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "Füzuli, Qubadlı, Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilən Hasil Hümmətov, şəhid ailələri, qazilər və digər hörmətli qonaqlar iştirak ediblər.

Təqdimat mərasimi Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün söylədiyi və hər bir azərbaycanlının qəlbində əbədilik qazanan: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! - müqəddəs ifadəsi ilə başlayıb.

Tamaşaçılara kitabın müəlliflərindən olan şairə, müəllimə Təranə Cəbiyevanın “Şuşaya sancılan bayraq!” şeirinin sədaları altında videoçarx təqdim edilib.

Azərbaycanın varlığı, bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ensiklopedik xarakter daşıyan kitabın böyük mənəvi əhəmiyyətindən söz açıb. Müəlliflərin şəhid və qazi adını uca tutaraq ərsəyə gətirdikləri işin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ardınca tədbir bədii hissə ilə davam edib. 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin dilindən Yazıçı-publisist Təranə Cəbiyevanın şeirləri səslənib. Həmçinin, həmin məktəbin şagirdi Nəzrin Dadaşova tarixi Qələbəmizə həsr olunan "Xarı bülbül" rəqsini ifa edib. Vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb.

Yekun olaraq şəhid ailələrinə və tədbir iştirakçılarına "Qarabağda döyüşən Bülbüləlilər" kitabı təqdim edilib, xatirə şəkli çəkilib.

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti